Covid-19SağlamlıqTəqdimat

Dünyanın 63 ölkəsində “omikron” ştamı aşkarlanıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun “omikron” ştamına yoluxma hallarının qeydə alındığı ölkələrin sayını açıqlayıb. Bildirilir ki, onların sayı 63-ə çatıb. Bu barədə ÜST-in epidemioloji bülletenində deyilir.

Frame.az xəbər verir ki, sənədə görə, hazırda Afrikada koronavirusa yoluxanların sayı sürətlər artır. Ekspertlər bu prosesi “omikron” ştamı ilə əlaqələndirirlər. Eyni zamanda qeyd edilir ki, virusun yeni mutasiyaları anticisimlərin aktivliyini azalda və insanın təbii immunitetini zəiflədə bilər.

ÜST vurğulayıb ki, “omikron” ştamına qarşı mövcud vaksinlərin effektivliyini qiymətləndirmək üçün əlavə məlumatlara ehtiyac var.

Xatırladaq ki, koronavirusun yeni ştamı olan “omikron” (B.1.1.529) noyabrın 25-də CAR-da müəyyən edilib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) onu “narahatlıq doğuran” kimi təsnif edib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!