EventsMədəniyyətTəqdimat

Dünyaşöhrətli gitara ifaçısı Rövşən Məmmədquliyev Bakıda konsert verəcək

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dünyaşöhrətli gitara ifaçısı, beynəlxalq müsabiqələr laureatı Rövşən Məmmədquliyevin solo konserti olacaq.

Nazirlikdən bildirilib ki, Beynəlxalq Muğam Mərkəzində təşkil ediləcək konsertdə Dionisio Aquado, Aqustin Barrios, Eytor Villa-Lobos, Nikita Koşkin, Fikrət Əmirov, Firəngiz Əlizadə, Fransisko Tarreqo kimi bəstəkarların əsərləri səslənəcək.

Müasir dövrün virtuoz gitara ifaçılarından biri olan Rövşən Məmmədquliyev geniş repertuarı ilə dünyanın bir çox məşhur konsert salonlarında çıxış edib.

Oktyabrın 19-da Rövşən Məmmədquliyevin Bakıya səfəri çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ustad dərsi də təşkil olunacaq. O, həvəskar və peşəkar gitara ifaçıları ilə öz bilik və bacarıqlarını paylaşacaq.

Oktyabrın 20-də isə tanınmış müasir Azərbaycan bəstəkarı, musiqişünas, kulturoloq və publisist Elmir Mirzəyevin müəllif konserti təşkil ediləcək. Onun əsərləri bir çox ölkələrdə səslənmiş, MDB, Аvrоpа və АBŞ-dа kеçirilən müхtəlif bеynəlхаlq fеstivаl və kоnfrаns iştirаkçısı оlmuş, kulturoloq kimi bir çox ölkələrdə mühazirələri keçmiş, Pro Helvetia, Goethe Institut və s. kimi təşkilatlardan yaradıcılıq sifarişi almışdır. Elmir Mirzəyevin Beynəlxalq Muğam Mərkəzində baş tutacaq Allegoria Sacra (“Müqəddəs Allegoria”) adlı müəllif konsertində yaradıcılığının 20 illik bir dövrünü (1995-2015) əhatə edən, fərqli janrlarda yazılmış kamera-instrumental və səhnə əsərləri yer almaqdadır. Müəllif konserti dirijor Orxan Həşimovun rəhbərliyi ilə Cadenza orkestri və müxtəlif solistlər tərəfindən təqdim olunacaq.

Oktyabrın 26-27-də bəstəkar Elmir Mirzəyevin Bakıya səfəri çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində mühazirələr təşkil olunacaq. Mühazirələr dövrün aktual məsələlərinə həsr olunub. Oktyabrın 26-da Arseni Avraamovun (1886-1944) “Fitlərin simfoniyası”(1922) adlı əsəri haqda məlumat veriləcək. Bundan başqa, oktyabrın 27-də isə “Avanqard” Sovet musiqisində yeni dövrün əlamətləri (1970-80-ci illər bəstəkarların yaradıcılığı) barədə maraqlı fikir mübadiləsi aparılacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!