EventsFrame LifeTəqdimat

«E MEDIA GROUP» Media Holdinqin təşkilatçılığı ilə «THE BEST OF AZERBAIJAN 2017» adlı mükafatlandırılma mərasimi keçirildi

Bakıda möhtəşəm Pullman Hoteldə «E MEDIA GROUP» Media Holdinqin sədri və təsisçisi Elşən Əliyevin təşkilatçiliği ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə «THE BEST OF AZERBAIJAN 2017» adlı mükafatlandırlma mərasimi keçirildi.

Tədbir iştirakçılarına 2 növ mükafatlar təqdim olundu – «THE BEST OF AZERBAIJAN 2017»nin Fəxri mükafatları və «THE BEST OF AZERBAIJAN» mükafatları. «THE BEST OF AZERBAIJAN 2017» adlı Fexri mükafatlarına Azərbaycan Respublikasının Milli Məclisinin üzvlərindən, hörmətli Millət vəkillərimiz Qənirə Paşayeva, Jalə Əliyeva, Adil Əliyev, ölkəmizdə digər dövlətlərin səlahiyyətli nümayəndələrindən-səfirliklərdən – Beybit İsabayev ( Qazaxıstan), Teymuraz Şaraşenidze (Gürcüstan), Dr.Abdulhakeem Ismaeel Alyass (İraq), Azərbaycan Dövlət YPX-nin bölmə reisi Vaqif Əsədov, Qarabağ qazimiz Ülfət Həsənov Paralimpiya çempionu Azərbaycanın adını hər zaman yüksəkliklərə qaldıran İlham Zəkiyev, Bəstəkar Sevinc Tofiqqizi, Türkiyənin dövlət rəsmilərindən – ölkələr arasında dostluq-qardaşlıq yaradan İbrahim Yıldıray, İstanbul-Azərbaycan Teleteatrının qurucusu Kemale Kemal, İstanbul Böyük Şəhər Bələdiyyəsi teatrlarının direktor müavini, Əməkdar İncəsənət xadimi, rejissor, aktrisa Məlahət Abbasova, və başqaları layiq görüldülər.

Bir çox iş adamları, idmançılar, incəsənət və media nümayəndələrinə- CBC və ATV telekanalların rəhbərlik və əməkdaşlarına, Bakı Fashion Club rəhbəri Lyubov Qutorova Poyraza, Əməkdar artistlər Nazpəri Dostəliyeva, Manana Caparidzeye, Layihə rəhbərlərindən Tural Ozan, Ümid Bəbirova, peşəkar jurnalist-müxbirlərdən Mətanət Əliverdiyeva, Lalə Azərtaş, Lalə Qəzənfər, Nərgiz Məmmədova, Aytən Səfərova, Lamiye Ələkbərovaya, CBC kanalının xəbərlər aparıcıları Əsli Nəzərova, Günay Yelmarqızı və nəhayət kino ve teatr xadimlərinə də «E MEDIA GROUP» Media Holdinqin təsis etdiyi «THE BEST OF AZERBAIJAN 2017» adlı mükafatlar təqdim olundu.

Onu da qeyd ed’k ki, tədbirdə Türkiyəli iş adamı Levent Cengizxanın Azərbaycan aktyorları ilə çəkdiyi “Yanlış anlama” filmi bütün Türk dünyasında ” İlin Ən yaxşı komediya filmi” seçildi. Türkiye mediasına ses salan bu xəber bütün Türk xəbərlərində işıqlandırılmağa başladı.

Sonda xüsusi ilə qeyd ed’k ki, «E MEDIA GROUP» Media Holdinqin təşkil etdiyi «THE BEST OF AZERBAIJAN 2017» adlı tədbirin möhtəşəm açılışı Əməkdar artisti Manana Caparidzenin Azərbaycan xalq mahnısı “Sarı Gəlin” ifasının sedalari altında «Kamerton» rəqs qrupunun Azərbaycan Dövlət Bayrağının səhnəyə gətirilərək, milli atributlardan ibarət rəqsi ilə oldu. Kamran Musayevin körpələrdən ibarət «Köhnə Bakı» rəqs qrupunun yüksək milli dəyərlərlə zəngin rəqsləri də tədbirə rəngarənglik qatdı.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!