FinansIqtisadiyyatSosialTurizmTəqdimat

“E-pul” onlayn xidmətlər portalında Qarabağ Dirçəliş Fonduna ianə etmək imkanı yaradılıb

“E-pul” onlayn xidmətlər portalında Qarabağ Dirçəliş Fonduna ianə etmək imkanı yaradılıb.

Fondun mətbuat xidmətindən Frame.az-a bildiriblər ki, Qarabağ Dirçəliş Fonduna ianə etmək istəyənlər artıq “E-Pul” onlayn xidmətlər portalı vasitəsilə də bu əməliyyatı asanlıqla həyata keçirə biləcək.

İanələri “E-Pul” onlayn ödəmə sisteminin həm veb- saytı, həm də mobil tətbiqi üzərindən həyata keçirmək mümkündür:

– Veb-sayt

– Android tətbiqi

– iOS tətbiqi

Qeyd olunub ki, ianə edən zaman istifadəçidən ödəniş üçün heç bir əlavə komissiya haqqı tutulmur. Hər bir soydaşımız Qarabağ Dirçəliş Fonduna ianə etməklə bu mühüm missiyanın iştirakçısına çevrilə bilər. İanə prosesini daha da asanlaşdırmaq üçün proses davam etdirilir və yeniliklər barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!