Ekologiya və Təbii Sərvətlər Nazirliyində kollegiya iclası keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2022-ci ilin 1-ci yarısının yekunları və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Frame.az-a verilən məlumata görə, nazirliyin struktur bölmələrinin rəhbərlərinin iştirak etdiyi kollegiya iclasına Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri videoformatda qoşulub. İclasda iştirakçıların hesabatları dinlənilib, müxtəlif istiqamətlər üzrə müzakirələr aparılıb.