EkologiyaIqtisadiyyatSağlamlıqTəqdimat

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə FAO arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycanda işgüzar səfərdə olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyu ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Frame.az-a bildiriblər ki, “Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” beynəlxalq konfransı çərçivəsində baş tutan görüşdə meşələrin mühafizəsi, bioloji müxtəlifliyin qorunması, su resurslarının səmərəli idarə olunması, eləcə də ETSN ilə FAO arasında gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!