Layihənin əsas məqsədi:
Layihənin keçirilməsində əsas məqsəd gənclərin ekoloji sahədə maarifləndirilməsi, ətraf mühitin mühafizəsi və məişət tullantılarının düzgün idarə olunması məsələləri haqqında gənclər arasında informasiyanın yayılmasına dəstək olmaqdır. Həmçinin tullantıların təkrar emalı və onlardan hazırlanan incəsənət nümunələrini gənclərə nümayiş etdirmək əsas məqsədlərdən biridir.
Qeyd edək ki, layihə ərzində 3 gün seçilmiş gənclərə ekoloji mövzularda müxtəlif təlim və seminarlar keçiriləcək və sonda tullantılardan hazırlanmış sənət nümunələrindən ibarət sergi keçiriləcəkdir.
Layihənin keçirilmə tarixi: 20-22-24-25.09.16
Son müraciət tarixi: 17.09.2016
Ərizə forması:
https://goo.gl/forms/
İştirakçıların seçim meyarı :
• Yaş məhdudiyyəti: 14-29
• Layihə dövründə iştirak edəcək şəxslər layihənin davamlılığı üçün nəzərdə tutulan fəaliyyətlərdə aktiv iştirak etməli
• Yüksək motivasiyalı olmalı
• Ekologiya sahəsində məlumatlı olmalı
Qeyd: Seçimlər online müraciət əsasında aparılacaq. Sonda iştirakçılara sertifikat veriləcək.
Əlaqələndirici şəxs: Aydan Qasımova
Email: aydan.gasimova@yahoo.com
Telefon: +994553277504