EventsMusiqiMədəniyyətTəqdimat

Elçin Cəfərov “Qara uzun saçlar”a Türkiyədə klip çəkdirdi

Məşhur müğənni Elçin Cəfərov pərəstişkarlarını sevindirib.

Bir müddətdir səhnə və rəqəmsal platformlardan uzaqlaşan estrada ifaçısı yeni və fərqli tərzdə lentə alınan klipini təqdim edib.

Ekran işi ilk dəfə media nümayəndələri və sənətçinin yaxın dostlarının iştirakı ilə keçirilən mətbuat konfransı zamanı nümayiş olunub. Klip üzərində Ajda Pekkan, Bengü, Yalın, Hadise, Mustafa Ceceli kimi populyar simalarla əməkdaşlıq edən, həmçinin “G.O.R.A”, “Şans kapıyı çalınca”, “Aşk tesadüfleri sever”, “Deliha”, “Kardeşim benim” filmlərinin quruluşçu rejissoru Veli Kuzlu və onun əməkdaşlıq etdiyi “The Post Brother” komandası işləyib.

Ekran işi 18 saata ərsəyə gəlib. Mahnının sözləri və musiqisi Elşən Mövsümova, aranjımanı isə Elvin İmanova aiddir. Klipin rejissorluğu Kemal Yıldıza həvalə edilib.

Cəfərov mətbuat konfransında çıxışı zamanı klipin heç bir sponsurun iştirakı olmadan, şəxsi hesabına çəkildiyini bildirib.

Klipdə bir zamanlar sevgili olan cütlüyün illər sonra qarşılaşması və yenidən eşq yaşaması ekranlaşdırılıb. Layihədə Elçinin tərəf müqabili “Kanatsız kuşlar”, “Kiralık aşk”, “Medcezir”, “Hercai” kimi seriallarda rol alan türkiyəli aktrisa Özlem Gezgin olub. Sənətçi aktrisaya yüksək məbləğdə qonarar ödədiyini desə də, dəqiq rəqəm açıqlamayıb.

Elçin və Özlem Gezginin obrazları üzərində stilist Şule Zeytinci işləyib.

Konfrans zamanı Cəfərov yenidən sənətə qayıdışını ona verilən 3-cü şans adlandırıb. Sənətçi bundan sonra daha yaxşı layihələri ilə musiqisevərlərin qarşınına çıxacağını bildirib. Elçin azyaşlı oğlu Canın da növbəti kliplərində çəkiləcəyini istina etməyib. İfaçı yaxın bir neçə ildə Azərbaycanda konsert verə biləcəyini də açıqlayıb.

Müğənninin sevənlərinə yeni təqdim etdiyi “Qara uzun saçlar”ın layihə meneceri “Sartorial artist management” şirkətinin rəhbəri Vüqar Husiyevdir.
“Qara uzun saçlar” Cəfərovun şəxsi yutub kanalına yerləşdirilib. Musiqisevələr mahnını “Apple Music”, “Spotify” kimi məşhur musiqi platformalarından da dinləyə bilərlər.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!