EventsMobil dünyaTəqdimat

Elektrostansiyanı xilas etmək: Kaspersky sənaye təhlükəsizliyi haqqında oyunu VR formata keçirib

Kaspersky “Kaspersky Interactive Protection Simulation” biznes oyununu virtual reallıq (VR) formatında təqdim edib. Kaspersky-nin bu oyun təlimi  süni mühitə adaptasiya edilir və kiber hücumların mümkün nəticələrini daha yaxşı anlamağa kömək edir.

VR formatı üçün şirkətin mütəxəssisləri elektrik stansiyası ilə bağlı bir ssenari seçiblər. Onun köməyilə şöbə rəhbərləri sənaye müəssisəsinin informasiya təhlükəsizliyi mütəxəssisi rolunu üzərinə götürə biləcək və kiber təhlükəsizlik sahəsindəki qərarların onun işinin səmərəliliyinə necə təsir etdiyini hiss edə biləcəklər.

Şöbələr qarşısında fərqli KPI (əsas performans göstəriciləri) və prioritetlər dayandığından, onlar şirkətdəki digər şöbələrin spesifik tələblərini və rollarını həmişə yaxşı başa düşmürlər. Bu büdcə təsdiqlənməsində gecikmələrə və ya hətta bəzi xərclərin ixtisarına səbəb ola bilər. Məsələn, Kaspersky-nin sorğusunda iştirak edən respondentlərin 34%-i düşünür ki, sənaye mühitini qorumaq üçün həllərin tətbiqinə əsas maneələr istehsalın dayandırıla bilməməsidir, bürokratiya, o cümlədən, çox uzun təsdiqləmə prosesi (31%) və qərar qəbulu üçün çox sayda insanın məsuliyyət daşımasına görə yaranan gecikmələr(% 23) də göstərilən səbəblər arasındadır.

Kaspersky Interactive Protection Simulation oyunun VR-formatından ekran görüntüləri

Oyunun bütün iştirakçıları paralel yoxlamadan keçən bir neçə komandaya bölünür. Hamısı elektrik stansiyasının informasiya təhlükəsizliyi şöbəsinin işçiləri kimi yenidən canlandırılır. VR eynəyi taxaraq oyunçular müəssisənin modelini və öz komanda üzvlərini qrafik avatarlar şəklində gördükləri idarəetmə mərkəzinə daxil olurlar, pəncərədən isə xidmət binaları və elektrik stansiyasının xidmət göstərdiyi şəhər görünür.

Onların qarşısına qoyulan əsas tapşırıq müəssisənin problemsiz fəaliyyət göstərməsinə və gəlir əldə etməsinə, habelə, oyun zamanı baş verən kiber hadisələrə cavab verilməsinə imkan yaradacaq bir informasiya təhlükəsizliyi strategiyası hazırlamaq və həyata keçirməkdir. Bunu etmək üçün, iştirakçılar proaktiv və reaktiv tədbirləri olan kartlar seçirlər – məsələn, informasiya təhlükəsizliyi auditi aparmaq, son cihazların qorunması üçün həll almaq və ya qaydasında getməyən bir şey olduqda, bu barədə ictimaiyyətə məlumat vermək.

Komandanın hər bir fəaliyyəti müəssisənin gəlirliliyinə və kiber təhdidlərdən qorunma səviyyəsinə, habelə süjet xəttinin inkişafına təsir göstərir. Hər gedişdən sonra aparıcı komandaları nəticələrlə tanış edir. Oyunun sonunda maksimum gəlir əldə edən komanda qalib gəlir. Strategiya yaxşı işlənməyibsə, oyunçular bunu öz gözləri ilə görə bilirlər. Məsələn, korporativ infrastrukturdakı açıq zəifliklər təcavüzkarlar tərəfindən avadanlıqlara zərər vermək və şəhərin enerji təchizatını dayandırmaq və ya təmizlənmə filtrlərinə zərər vermək, bununla da havanı çirkləndirmək üçün istifadə edilə bilər.

“Pandemiya zamanı Kaspersky Interactive Protection Simulation oyununu onlayn keçirməyə qərar verdik. Uğurlu oldu, amma bu formatda iştirakçılar komanda üzvlərini və ya oyun kartlarını görə bilmirdilər. VR formatı sayəsində oyunçular artıq müəssisədəki partlayış səsini eşitməklə yanaşı, həm də pəncərəyə qədər gedib onu görə bilirlər. Bu yanaşma təlimin effektivliyini artırır,”deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.

Kaspersky Interactive Protection Simulation oyunu ən müasir təlim texnikalarını şirkətin geniş kiber təhlükəsizlik təcrübəsi ilə birləşdirən Kaspersky Security Awareness– kiber təhlükə barədə məlumatlılığıartıran proqramının tərkib hissəsidir.

Oyun haqqında daha ətraflı buradan öyrənə bilərsiniz: https://www.kaspersky.ru/blog/vr-interactive-simulation/30938/.

* 2020-ci ildə dünya üzrə 337 kiritik infrastruktur müəssisəi təmsilçisi arasında aparılmış “Rəqəmsallaşma dövründə sənaye kiber təhlükəsizliyinin vəziyyəti” sorğusu

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!