EventsMusiqiTəqdimat

Emin Ağalarov Bakıda solo konsert verdi

Xalq artisti Emin Ağalarovun “Sea Breeze” əyləncə mərkəzində solo konserti baş tutub.

Sənətçi musiqili gecəni “Стоп ночь” mahnısı ilə açıb.

Canlı ansamblının müşayiəti ilə hitlərini və sevilən nəğmələrini arda-arda düzən Emin səhnədən tamaşaçılarını salamlayaraq, onlarla səmimi ünsiyyət qurub.

“Xoş gördük sizi “Sea Breeze”də. Demək olar ki, mən bu səhnədə böyümüşəm. Çünki ilk konsertim burada 14 il əvvəl baş tutub. O zamanlar balaca idim, amma indi böyümüşəm. Dostlar, sizi çox sevirəm. Çox sağolun ki, bu gün mənimlə birlikdəsiniz”.

Emin Ağalarov əsrarəngiz ifaları və səhnə performansı ilə onu izləməyə gələn tamaşaçılara unudulmaz anlar yaşadıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!