EventsFestivallarMədəniyyətTəqdimat

Emin Ağalarov yeni DREAM FEST Beynəlxalq musiqi festivalının keçiriləcəyini bildirib

İyulun 24-dən 28-dək, Bakının Sea Breeze Resort istirahət mərkəzinin sahilində yayın əsas hadisəsi yeni Beynəlxalq musiqi festivalı DREAM FEST 2024 baş tutacaq.
Dubayda keçirilən ZHARA FEST musiqi festivalı zamanı tədbirin təşkilatçısı və təşəbbüskarı Emin Ağalarov iyulun 24-dən 28-dək, Bakıda yeni beynəlxalq səviyyəli DREAM FEST 2024 musiqi festivalının keçiriləcəyi barədə rəsmi açıqlama verib.
DREAM FEST, Xəzərin sahilində keçirilən əfsanəvi musiqi tədbirinin ab-havasını saxlamaqla yanaşı ifaçı ölkələrin coğrafiyasını qlobal miqyasda genişləndirəcək. Festivalda Rusiya, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropadan ifaçılar səhnə alacaqlar. Tamaşaçıları Xəzər dənizinin sahilində açıq havada beş günlük möhtəşəm şou və 250 sənətkarın bir birindən parlaq ifaları gözləyir.
Festivalın təşkilatçısı Emin Ağalarov gələcək tədbir barədə bunları deyib: “Bu yay Sea Breeze Resort-da musiqi festivalları tarixinə adını yazdıracaq DREAM FEST musiqi festivalı baş tutacaq. Biz festival mədəniyyətinə tamamilə yeni bir nəfəs gətirmək niyyətindəyik. DREAM FEST öz səhnəsində dünyanın fərqli ölkələrərindən olan və Avroviziya musiqi yarışmasında iştirak etmiş musiqiçiləri qəbul edəcək. İnanılmaz miqyas və həmişəki kimi möhtəşəm planlar.”
Tədbir, Bakıda, dəfələrcə möhtəşəm musiqi festivallarına ev sahibliyi etmiş Sea Breeze Resort-un ərazisində baş tutacaq. Sea Breeze Resort 2006-cı ildə Emin Ağalarov tərəfindən əsası qoyulmuş Avropa səviyyəli infrastruktura malik dənizkənarı premium istirahət və yaşayış kompleksidir. Hal-hazırda kompleksdə mülayim iqlim və heyrətamiz dəniz sahəsi ilə müasir premium infrastrukturun, sakinləri və qonaqları üçün hər növ xidmət və əyləncənin ahəngini müşahidə edə bilərik. Sea Breeze-in əsas özəlliklərindən biri də Dubayda yerləşən Burj al Arab-dan ilhamnalaraq süni adada gəmi şəklində tikiləcək Caspian Dream Liner olacaq. Bu unikal memarlıq layihəsi sayəsində Sea Breeze dünya turizm xəritəsində cəlbedici yerlərdən birinə çevriləcək. Gələcəkdə DREAM FEST musiqi festivalının əsas səhnəsi də məhz Caspian Dream Liner-də yer alacaq.
Televiziya tamaşaçıları da festivalın televiziya versiyasına baxaraq özlərini tədbirin birbaşa iştirakçıları kimi hiss edə biləcəklər.
İlin ən parlaq musiqi hadisəsinin bir hissəsi olun və DREAM FEST 2024-də unudulmaz yay keçirin!
Musiqidə ən yaxşı nə varsa ənənəvi olaraq yayda Xəzər sahilində yaranır.
DREAM FEST 2024 beynəlxalq musiqi festivalı
24-28 iyul 2024-cü il, Sea Breeze Resort, Bakı.
Biletlər artıq satışdadır!

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!