EventsMusiqiTəqdimat

“Eurovision 2011” qalibi Eldar Qasımov yeni klipini təqdim etdi-VİDEO-FOTO

“Eurovision 2011” qalibi Eldar Qasımov media nümayəndələri ilə görüşüb.

Frame.az-ın məlumatına görə, müğənni tədbirdə “Tell me about love” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.

Mahnının müəllifləri E.Qasımov və Orxan Bağırov, klipin prodüseri isə məşhur İsveç bəstəkarı İohan Yembtberqdir. “Empire Entertainment” tərəfindən ərsəyə gətirilən ekran işinin rejissoru və ssenari müəllifi İlkin Şirinli, videonun musiqi redaktoru Aleks Anişenko, quruluşçu prodüseri Murad Qurbanov, Ömər Əbdülkərimovdur.

“Tell me about love”da əsas rollarda “Alarm Dance Crew”un rəqqasları Leyli Mişina, Ramil Məmmədli çıxış ediblər.

E.Qasımov bildirib ki, mahnı və ekran işi qəmli sevgi hekayəsindən bəhs edir:

“Ekstremal soyuq hava şəraiti, yaradıcı heyətin yüksək hərarəti, generatorun işlək vəziyyətdən çıxması və hətta yandırılmış avtobus – bunların hamısı mənim klipimdə baş verdi. İnanıram ki, yeni mövsümdə təqdim etdiyim ilk klip bəyəniləcək”. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!