MusiqiMədəniyyət

“Eurovision-2017″nin finalçıları bəlli oldu

Xəbər verdiyimiz kimi, Kiyevdə Beynəlxalq Sərgi Mərkəzində “Eurovision 2017” mahnı müsabiqəsinin ikinci yarım finalı keçirilib.

Frame.az-ın məlumatına görə, gecədə 18 ölkənin təmsilçisi mahnılarını səsləndirib.

Çıxışlardan sonra keçirilmiş 15 dəqiqəlik səsvermənin nəticələrinə əsasən, finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanıb. Bunlar: Bolqarıstan, Belarus, Xorvatiya, Macarıstan, Danimarka, İsrail, Rumıniya, Norveç, Niderland və Avstriyadır.

Müsabiqənin mayın 9-da keçirilmiş birinci yarımfinalında 10 ölkə finala vəsiqə qazanıb. Bunlar: Azərbaycan, Moldova, Yunanıstan, İsveç, Portuqaliya, Polşa, Avstraliya, Kipr, Belçika və Ermənistandır.

Xatırladaq ki, finala birbaşa vəsiqə qazanan ölkələr – müsabiqənin bu ilki ev sahibi Ukrayna və “böyük beşlik” ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.
Qeyd edək ki, final mayın 13-də keçiriləcək. Finalda 26 ölkənin iştirakçıları çıxış edəcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!