Sentyabrın 25-də İçərişəhərdəki “Art Tover” rəsm qalereyasında isveçli rəssam Simon Arnsin fərdi sərgisinin açılışı olacaq.
Sərgi “Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü, İsveçin Azərbaycandakı Səfirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə reallaşacaq.
Bu barədə Frame.az-a “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.
Onun sözlərinə görə, sərgi çərçivəsində, həm də azərbaycanlı rəssamların əsərlərindən ibarət “vorkşop” təşkil ediləcək.
Sərgi iki gün ziyarətçilər üçün açıq qalacaq.