25 yanvar 2017-cı il tarixində “Excelsior Hotel & Spa Baku” otelində tələbələr üçün “Müəssisələrdə idarə etmənin səmərəliyinin artırlması, menecmentə sistemli yanaşma” mövzusunda təlim keçiriləcək.
Təlim “AtaHolding” əməkdaşı Elməddin Hüseynov tərəfindən aparılacaq.
Təlimdə fəaliyyətin planlanması, resursların təmin edilməsi, biznes proseslərin tərtibi və tətbiqi, fəaliyyətin monitorinqi və davamlı inkişafın təmin edilməsi mövzuları haqqında ətraflı məlumat veriləcək.
Təlim tələbələrə biznesin bu mühüm sahəsində yeni biliklər əldə etməyə imkan verəcək. Çünki, məlum olduğu kimi, keyfiyyətli xidmətlər hər bir şirkətin rəqabət qabiliyyətliliyinin təminatıdır.
Təlimdə dayanıqlı inkişaf, rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, keyfiyyətin idarəedilməsi sisteminin qurulması və xidmətlərin keyfiyyəti üzrə personalın siyasəti ilə bağlı məsələlərə toxunulacaq.
Təlimdə iştirak etmək arzusunda olan tələbələr 23.01.2017-ci il tarixinə qədər dzamanova@ataholding.az ünvanına müraciət edə bilərlər. Frame.az