IqtisadiyyatTurizmTəqdimat

Fərid Novruzi: “Bakı Alış-Veriş Festivalı” brend geyim dükanlarının dövriyyəsinin 22% artımına səbəb oldu

Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) “Bakı Alış-Veriş Festivalı”-nın (Baku Shopping Festival) nəticələrini elan edib.   

AFRA İdarə Heyətinin sədri Fərid Novruzinin sözlərinə görə, “Bakı Alış-Veriş Festivalı” bütün gözləntiləri doğrultdu, həm sahibkarlar, həm istehlakçılar tərəfindən kifayət qədər marağa səbəb oldu və nəticədə yeni layihələrin təməlini qoymuş oldu.  

“Bakı Alış-Veriş Festivalı”-nın keçirilməsinin əsas səbəbi kimi bu sahədə fəaliyyət göstərən sahibkarlara dəstək olacağımızı qeyd etmişdik və çox sevindirici haldır ki, istəyimizə nail ola bildik, ilkin nəticələ görə, brend geyim mağazalarının dövriyyəsi son 2 həftə ərzində 22% artıb. Keçirdiyimiz ticarət bayramında həm yerli, həm xarici alıcılar arasında məmnunluq səviyyəsinin yüksək olduğunu müşahidə etdik, lakin bu, əldə etdiyimiz yeganə nəticə deyil, qeyd etmək istərdim ki, layihəmiz sahibkarlar tərəfindən də yüksək qiymətləndirdi. Gələcəkdə “Bakı Alış-Veriş Festivalı”-nın ildə 2 dəfə keçirilməsini, brend sayının artırılması, stimullaşdırıcı lotoreyalarının keçirilməsi və qiymətli hədiyyələrin uduşunu təşkil etməyi düşünürük”, – deyə Fərid Novruzi qeyd etdi.  

Qeyd edək ki, “Bakı Alış-Veriş Festivalı”-nın (Baku Shopping Festival) 6-20 noyabr tarixlərində Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) və Kapital Bankın dəstəyi şəhərimizin bütün Ticarət Mərkəzlərində və şəhər mağazalarında təşkil olunmuşdur. Festivalda 68 dünya geyim brendi iştirak edərək alıcılara brenddən asılı olaraq 20%-dən 50%-ə qədər endirimlər, eləcə də, xüsusi endirim aksiyaları və kuponları təqdim etdilər.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!