Fərid Qayıbov: Gənclər təşkilatları beynəlxalq müstəvidə daha aktiv fəaliyyət göstərməlidir

Gənclər və idman naziri Fərid Qayıbovun gənclər təşkilatlarının nümayəndələri ilə növbəti görüşü olub.

Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər veririk ki, görüşdə təmsil olunan təşkilatların fəaliyyət istiqamətləri, nazirliklə sıx əməkdaşlıq məsələləri, qarşılaşdıqları çətinliklər müzakirə edilib. Gənclərin ictimai fəallığının daha da artırılması, gənclərin sosial və məşğulluq problemlərinin həllinə yönəlmiş layihələr barədə fikir mübadiləsi aparılıb.

Təşkilat rəhbərlərinin fikirlərini və təkliflərini dinləyən nazir Fərid Qayıbov gənclər təşkilatlarının yalnız ölkə daxilində deyil, eyni zamanda, beynəlxalq müstəvidə də daha aktiv fəaliyyət göstərməsini, gənclərlə işin daha çox gənci əhatə etməli olduğunu qeyd edərək bu sahədə müvafiq tövsiyələrini verib.

Görüşdə nazir müavini İndira Hacıyeva, Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, nazirliyin məsul əməkdaşları və gənclər təşkilatının rəhbərləri iştirak ediblər.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: