Site icon Frame.az

Fərid Qayıbov Hacıqabul şəhərində idman meydançasının vəziyyəti ilə tanış olub

Avqustun 3-də gənclər və idman naziri Fərid Qayıbov Hacıqabul şəhərində idman meydançasının vəziyyəti ilə tanış olub. Burada gələcəkdə təmir işləri imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Fərid Qayıbov həmçinin Qaradağ rayonunun Ələt, Səngəçal və Puta qəsəbələrində uzun fasilədən sonra tikintisinin bərpa edilməsi nəzərdə tutulan idman zalları ilə də maraqlanıb. Hər üç idman qurğusu ilə tanış olan nazir zalların funksionallığının daha artırılması istiqamətində müaviq tövsiyələr verib.

Exit mobile version