Baku City CircuitFormula 1IdmanTəqdimat

Fərid Qayıbov Azərbaycan Qran-Prisini izləyən şəhid ailələrinin üzvləri və qazilərlə görüşüb

Formula 1 Azərbaycan Qran-Prisini tribunadan izləmək üçün Vətən müharibəsində xalqımıza tarixi Qələbəni yaşadan qəhrəman şəhidlərimizin ailə üzvləri və qazilərimiz fəxri qonaq qismində dəvət olunublar. 2500-ə yaxın şəhid ailələrinin üzvləri və Vətən müharibəsində iştirak etmiş qazilər üç gün ərzində Azərbaycan Qran-Prisinin həyəcanını canlı izləyə biləcəklər.

Aprelin 29-da gənclər və idman naziri Fərid Qayıbov yarışın fəxri qonaqları ilə görüşüb.

Nazir görüş zamanı bildirib ki, 44 günlük Vətən müharibəsində şücaət göstərmiş qəhrəman şəhid oğullarımızın ailə üzvlərini və qazilərimizi ölkə əhəmiyyətli bu idman tədbirində, azarkeşlər sırasında görmək çox qürurvericidir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!