EkologiyaFrame LifeSağlamlıqTəqdimatƏn SonƏn Son

Faktiki hava: Bakıda külək saniyədə 18 metrədək güclənib

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 8-də saat 13:00-a olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Ağdam, Oğuz, Qəbələ, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabran, Tərtər, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Yardımlı, Lerik, Sumqayıt, Maştağada qar, Bərdə, Mingəçevir, Yevlax, Neftçala, Lənkəran, Astarada isə yağış yağır.

Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, şimal-qərb küləyi Ağdamda saniyədə arabir 18, Mingəçevirdə 16, Şəkidə 15, Bakıda və Abşeron yarımadasında 18 metrədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3 metr olub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!