Site icon Frame.az

Mirvarini hansı geyimlərlə kombin etmək olar?

Bu gün sizə bəhs edəcəyim mövzu sizi yaşlı göstərəcək aksesuar, geyim növləri barədə olacaq.
10 Hissədən ibarət mövzumuzu bölərək, hər gün birinə həsr edəcəm.
Həmçinin bu əşyaları günümüzə uyğun və yaşınıza uyğun necə istifadə etmək olar bu barədə də sizə kiçik təkliflərim olacaq 🤩
Xırda bir məqamı vurğulamaq istəyirəm əgər siz olduğunuzdan daha yaşlı görünmək istəyirsinizsə, çünki elə vəzifələr var ki, orada daha müdrik görünmək gərəklidir: Həkim, hüquqşünas, mühasibatçı və.s işləri ilə məşğul olanlar sadalayacağım 10 əşyadan rahatlıqla istifadə edə bilərlər (iş həyatlarında)
O zaman gəlin, başlayaq. Bu günümüzün mövzusu “Mirvari” 🐚 olacaq.
Əgər “Mirvari”lər klassik, iri, eyni ölçüdə, müxtəlif detallarla (daş-qaşlarla) bəzənibsə o zaman bu aksesuarlar sizi olduğunuzdan yaşlı göstərmək iqtidarına malikdir 🤷🏻‍♀️
Əgər hal-hazırda “Mirvari” aksesuar almaq fikriniz varsa, o zaman işlənməmiş mirvarilərə üz tuta bilərsiniz
Nece kombin etmək olmaz ❌
İş geyimləri ilə, qələm ətək və ağ köynək, klassik şalvar və pencək, atlas köynəklərlə, tək halda taxmaq + 10 yaş gətirəcək ❌
Necə kombin etmək olar ✅
Taxacağınız mirvarini qızılı medalyon və ya bir neçə qızılı və ya gümüşü seplərlə kombin ede bilərsiniz.
Nigar Axundzadə
Frame.az
Exit mobile version