EventsFashionMədəniyyətTəqdimat

Tanınmış azərbaycanlı dizayner Rüfət İsmayıl yeni “Xarıbülbül” adlı Haute Couture kolleksiyasını təqdim edəcək

İyunun 26-da Bakıda paytaxtın mədəni həyatında iz qoyacaq tədbirlərdən biri keçiriləcək.

Frame.az xəbər verir ki, “Baku Fashion Expo 2022” çərçivəsində şəhərin ən mənzərəli nöqtələrindən biri olan “Manzara Sky”da məşhur azərbaycanlı dizayner Rüfət İsmayıl “AFFFAIR” brendinin “Xarıbülbül” adlı “Haute Couture” kolleksiyasını təqdim edəcək. Tədbir Azərbaycan Dəb Dizaynerləri Assosiasiyası tərəfindən təşkil olunacaq.

Kolleksiyanın adı təsadüfi seçilməyib. Dizayner Azərbaycan adət-ənənələrinə və mədəniyyətinə diqqət cəlb etməyi öz vəzifələrindən biri hesab edir, xarıbülbül çiçəyi isə ölkənin dünənini, bugününü və gələcəyini özündə birləşdirən Qarabağ simvoludur. Bu, Rüfət İsmayılın Azərbaycanın mədəni kodlarından ilhamlanaraq müxtəlif tarixi dövrlərin üsul və texnikasına istinad etdiyi ilk kolleksiya deyil.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!