EventsFashionMədəniyyətTəqdimat

Səmaya yaxın: Rüfət İsmayılın kolleksiyası Bakının ən yüksək nöqtələrindən birində təqdim edildi- FOTO

Dünyaca məşhur dizayner Rüfət İsmayıl Bakıda yeni “Xarıbülbül” by AFFFAIR kolleksiyasını təqdim edib. Eksklüziv nümayiş Azərbaycan Modelyerlər Assosiasiyası tərəfindən “Xiaomi” beynəlxalq şirkətinin dəstəyilə “Baku Fashion Expo 2022” tədbiri çərçivəsində baş tutub.

Dizayner tərəfindən 44 günlük Vətən müharibəsi və onun qəhrəmanlarına hörmət əlaməti olaraq hazırlanmış kolleksiyanın nümayişi ölkəmizin keçmişi, bugünü və gələcəyini özündə cəmləşdirən dəb salnaməsinə çevrilib.

Bakının ən yüksək nöqtələrindən birində – “Manzara Sky” terrasında baş tutan nümayiş “Ağ Çiçəyim” şirkətinin istedadlı floristləri sayəsində Qarabağın zəngin təbiətini simvolizə edən bağı xatırladıb. Nümayişdə media nümayəndələri, dəb təmsilçiləri, eləcə də dizaynerin yaradıcılığının və AFFFAIR brendinin pərəstişkarları iştirak ediblər.

Yeni kolleksiyada “Xarıbülbül” simvolu dizayner tərəfindən müxtəlif applikasiyalar, işləmələr, detallar və aksessuarlar formasında ən zərif şəkildə təqdim edilib. Məhz bu qələbə simvolu eyniadlı kolleksiyanın yaradılması üçün başlanğıc nöqtəsi olub. Müasir elementlərlə birləşən romantizm kolleksiyanın əhval-ruhiyyəsində əks olunub və zərif toxunuşlar sayəsində geyimlər daha cəlbedici olub.

Tədbir təkcə məşhur dizayner Rüfət İsmayılın yenilikləri ilə deyil, həm də baş sponsor olan “Xiaomi” brendinin yeni smartfonlar təqdim edilib. Gecədə qonaqlar gün batımını izləyərək “Xiaomi 12” smartfonlarını sınaqdan keçirib və onların şərəfinə hazırlanan kokteyllərin dadına baxıblar.

Tədbir “Manzara Sky”, “Venera Models”, “DI STUDIO”, “Alcopoint”, “Soloha”, “Ağ Çiçəyim” və “Сыроварня” restoranı kimi tərəfdaşların dəstəyi ilə təşkil olunub.

Foto: Adıl Yusifov

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!