Site icon Frame.az

Fernando Alonso LMP1 maşınlarına öyrəşmək üçün testlərə başlayıb

F-1.az xəbər vermişdi ki, 36 yaşlı sürücü bu ildən etibarən WEC-də Toyota komandasının şərəfini qoruyacaq. İspaniyalı sürücü buna görə yeni LMP1 maşınını test etməyə başlayıb. Alonso gecələr də daxil olmaqla 3 gün davam edən testlərdə iştirak edib. Toyota testlər barədə məlumat verməyib, lakin hər şeyin qaydasında olduğu bildirilib. Növbəti testlər aprel ayında Pol Rikar trasında baş tutacaq.

Frame.az

Exit mobile version