Site icon Frame.az

“Ferrari” Macarıstan Qran-Prisində növbəti yeniliklər təqdim etməyə hazırlaşır

“Ferrari” komandasının rəhbəri Mattia Binotto Formula 1 seriyasında Macarıstan Qran-Prisi ilə bağlı gözləntilərini bölüşüb.

Frame.az xəbər verir ki, komanda rəhbərinin sözlərinə görə, “Skuderiya” Budapeştə yeniliklər gətirməyi planlaşdırır.

“Ferrari” komandasının mətbuat xidməti Binottonun bu sözlərini sitat gətirir: “Budapeştdə maşınların soyudulması adətən mühüm amil olur. Maşınlar sıxma qüvvəsi maksimal qiymətə sazlanmış şəkildə hərəkət edir. Şinlərə böyük təzyiq düşür. Bu, pilotların ixtisas səviyyəsindən də asılıdır.

Qarşıdakı yürüş həm də ona görə əhəmiyyətlidir ki, biz müxtəlif tipli traslarda bolidin təkmilləşməsini yəqin etməliyik. Yaxın vaxtlarda tətbiq etdiyimiz çoxsaylı yenilikləri əməli şəkildə yoxlaya biləcəyik. Aerodinamika elementlərinin də yenilənməsini planlaşdırırıq.

Bolidlərin etibarlılığı baxımından əvvəllər yaranmış problemləri aradan qaldırmağa çalışacağıq. Biz əmin olmalıyıq ki, belə problemlər daha yaranmayacaq”.

Exit mobile version