EventsFestivallarMusiqiMədəniyyətTəqdimat

Muğam Mərkəzində musiqi festivalı çərçivəsində gözəl konsert keçirilib

Aprelin 15-də  Beynəlxalq Muğam Mərkəzində ”OSEP 2019” layihəsi çərçivəsində Bülbül adına  Orta İxtisas Musiqi Məktəbinin tələblərinin iştirakı ilə “Şərqlə-Qərbin körpüsündə” adlı musiqi festivalının  konserti keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Xalq artisti, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru Teymur Göyçayev  çıxış edərək  “Şərqlə-Qərbin körpüsündə”  layihəsi çərçivəsində keçirilən konsertlərdən danışıb.
T.Göyçayev tədbirin keçirilməsində dəstəyə görə Beynəlxalq Muğam  Mərkəzinə təşəkkürünü bildirdi.
Konsertdə tələbələrin ifasında D.Skarlattinin A.Korelliin İ.S.Baxın, F.Kuperin, C.Samartinin əsərləri səsləndi.

Xatırladırıq ki, ”OSEP 2019” layihəsi çərçivəsində keçirilən “Şərqlə-Qərbin körpüsündə” adlı Musiqi festivalı aprel ayının 17-nə kimi davam edəcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!