Konfederasiyalar kubokunu klublararası dünya çempionatı əvəz edəcək.
2021-ci il Konfederasiyalar kubokunun əvəzinə klublarası dünya çempionatı keçirilə bilər. Artıq FİFA Zvonimir Bobabın rəhbərlik etdiyi şöbəyə layihənin hazırlanması ilə bağlı tapşırıq verib.
İyunun 2-ci yarısında kçeiriləcək turnirdə 24 komanda çıxış edəcək. Onlardan 12-si Avropanı , 5-i Cənubi Amerikanı , 2-si isə Asiya , Afrika və Şimali Amerikanı təmsil edəcək. Daha bir komanda Okenaiyadan ola bilər.
Komandalar hər biri 3 olmaqla 8 qrupda mübarizə aparacaq. Avropanın 12 klubu arasında son 4 çempionlar liqasının qalibi , 4 finalçısı və 4 ən yüksək reytinqə malik komandası yer alacaq. Turnirin 4 ildən bir keçirilməsi planlaşdırılır.
Parvin Bayramov
Frame.az