Paraqvayın “Olimpiya” klubunun prezidenti Marko Antonio Trovato Vilyalbanın futbolla bağlı istənilən fəaliyyətinə ömürlük qadağa qoyulub. O, bununla yanaşı, 100 min İsveçrə frankı məbləğində cərimələnib.
FIFA-nın Nizam-İntizam Komitəsi funksioneri oyunların nəticəsini manipulyasiya etməkdə günahkar hesab edib.
Klubun prezidenti 10 gün ərzində apellyasiya şikayəti verə bilər.
Xatırladaq ki, paraqvaylı futbol mütəxəssisinə qarşı sanksiya qərarı 2018-2019-cu illərdə keçirilmiş bir sıra matçlarla bağlıdır.
Frame.az