“FitchRatings” nüfuzlu beynəlxalq reytinq agentliyi AZSIĞORTA üzrə proqnozunu Dayanıqlı (stable) səviyyəsində və Sığortaçının Maliyyə Gücünü (Insurer Financial Strength – IFS) “B” səviyyəsində yenidən təsdiq edib.
Sığorta şirkətinin reytinqinin saxlanılmasına əsas səbəb şirkətin cari ilin 9 ay ərzində 1,9 milyon manat xalis mənfəət əldə etməsi, sağlam maliyyə durumu və güclü kapital mövqeyinə malik olmasıdır.
Nizamnamə kapitalı 20,3 milyon AZN olan Azsığorta şirkətinin 2019-cu ilin 9 ay ərzində sığorta yığımları 11,3 milyon manat, sığorta ödənişləri isə 3,4 milyon manat təşkil edib.
AZSIĞORTA Azərbaycanda beynəlxalq reytinqə malik olan iki sığorta şirkətindən biridir. Ölkənin kapitallaşmaya görə aparıcı sığorta şirkətlərinin ilk üçlüyünə daxil olan AZSIĞORTA müştərilərlə etibarlı əməkdaşlıq nümayiş etdirir. AZSIĞORTA güclü bazar mövqeyinə malikdir və Azərbaycanın sığorta bazarında əmlak, məsuliyyət və avtomobil sığortası liderlərdən biridir.