Formula 1-də “Force India” komandasının sahibi, hindistanlı biznesmen Vicay Mallya qarşıdakı Azərbaycan Qran-Prisi barədə danışıb.
Frame.az-ın məlumatına görə, Vicay Mallya deyib: “Bakıda keçiriləcək Formula 1 mərhələsi bizim üçün mühüm həftəsonu olacaq, çünki biz əvvəlki uğurumuzu burada bərpa etmək niyyətindəyik. 2018-ci il mövsümünün ilk mərhələləri gözlədiyimiz nəticələri vermədi, vəziyyət xeyrimizə olmadı. Pilotlar Bəhreyn və Çində birinci dövrədə toqquşmaya düşdülər, bu da onlara öz potensiallarını göstərməkdə mane oldu. Pelotonun ortasında möhkəm mübarizə gedir və əgər yürüşün əvvəlində probleminiz varsa, uduzduqlarını qaytarmaq çox çətindir. Lakin biz ilk yürüşdən başlayaraq, irəliləyiş nümayiş etdirdik və son iki mərhələdə final təsnifatına çıxdıq”.