Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ölkəmizdə keçiriləcək 2022 Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin əhatə etdiyi ərazilərdə tikinti-quraşdırma işlərinə start verib.
Yarış zamanı vətəndaşların və sürücülərin təhlükəsiziliyini təmin etmək məqsədi ilə istifadə olunan beton bloklarların quraşdırılması gecə saatlarında həyata keçirilir.Tikinti-quraşdırma işləriXəqani küçəsi və Bülbül prospektinin kəsişməsindən başlayıb və bütün yarış trekini əhatə edəcək.
Ötən ildən fərqli olaraq builki yarış tamaşaçıların iştirakı ilə keçiriləcəyi üçün artıq Bulvar ərazisində tribunaların quraşdırılmasına da başlanılıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom Butçer Paddok ərazisində də infrastruktur-quraşdırma işlərinə də start verildiyini vurğulayaq bildirib: “Bakı Şəhər Halqası şəhər treki olduğundan tikinti işləri yarışadək bitməyəcək. Bunları iyunun 6-dək yekunlaşdırmağı düşünürük. Beynəlxalq Avtomobil Federasiyası da sınaqlarını həyata keçirəcək. Bu yoxlanışlardan sonra trek tam istifadəyə veriləcək. Sevindirici xəbər ondan ibarətdir ki, biz tribunalara və trekə qayıtmışıq. Bakı Şəhər Halqasının əməkdaşları durmadan çalışırlar. Azərbaycandakı yarışın yaddaqalan olmasını istəyirik”.
Şəhərin qeyd olunan hissələrində görüləcək olan işləri nəzərə alaraq vətəndaşlardanavtomobili idarə edərkən daha diqqətli olmaları xahiş olunur.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir.