Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində bu gün Pit zolağında gəzinti olacaq

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində bu gün saat 12:00-dan 13:30-dək Pit zolağında gəzinti olacaq.

Frame.az xəbər verir ki, yarışın ən maraqlı hissələrindən sayılan Pit zolağı gəzintisi 2 saata yaxın davam edəcək, burada F-1 azarkeşləri komandalar, onların qarajları ilə yaxından tanış olmaq, dünyaşöhrətli pilotlarla rəsm çəkdirmək imkanı əldə edəcəklər.

Xatırladaq ki, yalnız üçgünlük bileti olan tamaşaçılar Pit zolağı gəzintisində iştirak edə biləcəklər.

Formula 1 Azərbaycan Qran-Prisi iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: