Site icon Frame.az

Formula-1 Azərbaycan Qran-Prisinin açılış mərasimi başlayıb

İyunun 25-də Formula-1 üzrə dünya çempionatının yeddinci mərhələsinin – Azərbaycan Qran-Prisinin açılış mərasimi başlayıb.

Frame.az xəbər verir ki, Azadlıq meydanında karnaval üslubunda hazırlanan açılış mərasimində Azərbaycan mədəniyyətinin incə koloriti, milli rəqslərimiz və xalqımızın əsrlərdir qoruyub saxladığı simvollar nümayiş etdirilir.

Formula-1 Azərbaycan Qran-Prisində on komanda mübarizə aparır. Hər komanda iki pilotla təmsil olunur. Ötən gün keçirilən sıralanma turundan sonra Formula-1 Azərbaycan Qran-Prisinin start düzülüşü müəyyənləşib. Həlledici mərhələnin start düzülüşü aşağıdakı kimidir: Luis Hamilton, Valtteri Bottas (hər ikisi “Mercedes”), Kimi Raykonnen, Sebastian Fettel (hər ikisi “Ferrari”), Maks Ferstappen (“Red Bull Racing”), Serxio Peres, Esteban Okon (hər ikisi “Force İndia”), Lanse Stroll, Felipe Massa (hər ikisi “Williams”), Daniel Rikkiardo (“Red Bull Racing”), Daniil Kvyat, Karlos Sainz (hər ikisi “Toro Rosso”), Kevin Maqnussen (“Haas”), Niko Hulkenberq (“Renault”), Paskal Verlein (“Sauber”), Fernando Alonso (“McLaren”), Romain Qrojan (“Haas”), Markus Eriksson (“Sauber”), Stoffel Vandurne (“McLaren”), Colion Palmer (“Renault”).

İl ərzində keçirilən yeddi Qran-Prinin üçündə (Avstraliya, Bəhreyn, Monako) qalib gələn “Ferrari”nin almaniyalı pilotu Sebastian Vettelin 141 xalı var. Yeddinci – Kanada Qran-Prisində aktivinə 25 xal əlavə edən Luis Hamilton liderlə aradakı fərqi bir qədər azaldıb. O, bu qələbədən sonra xal ehtiyatını 129-a çatdırıb. Britaniyalı pilot Çin, İspaniya və Kanada Qran-Prilərində fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Onun komanda yoldaşı, Rusiya Qran-Prisinin qalibi Valtteri Bottas isə 93 xalla üçüncü sırada yer alıb.

Exit mobile version