Baku City CircuitFormula 1Idman

Formula 1 Azərbaycan Qran Prisinin başlamasına 2 ay qaldı

2022-ci il Formula 1 mövsümündə Azərbaycan QranPrisinin başlamasına son 2 ay qaldı.

10-12 iyun tarixlərində keçiriləcək bu mötəbər yarış 6-cı dəfə Bakı küçələrində öz azarkeşlərinə möhtəşəm həyacan yaşadacaq.

Ötən il pandemiya səbəbindən tamaşaçısız keçirilən Formula 1 Azərbaycan Qran Prisini bu il yenidən canlı izləmək imkanı olacaq.

Qeyd edək ki, builki yarışlara bilet satışı 22 fevraldan start götürüb. Hazırda biletlər daha çox Azərbaycan, ABŞ, Böyük Britaniya, Hollandiya və digər Avropa ölkələrindən olan azarkeşlər tərəfindən alınır.

Pandemiya fonunda tamaşaçıların təhlükəsizliyini maksimum dərəcədə təmin etmək məqsədilə axşam konsert proqramı nəzərdə tutulmasa da, ötən illərdə olduğu kimi, bu il də bir qədər fərqli, müxtəlif əyləncə proqramları təşkil olunacaq.

2016-cı ildə Formula 1 təqvimindəki ilk çıxışından etibarən, yarışın Bakı mərhələsi qısa müddətdə ən coşğulu, dinamik və gözlənilməz nəticələr təqdim edərək geniş tamaşaçı kütləsi və pilotların sevimlisinə çevrilib.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!