Baku City CircuitFormula 1

Formula 1 Azərbaycan Qran-Prisi: bukmekerlərin mərci

“William Hill” bukmeker kontoru Formula 1 Azərbaycan Qran-Prisində qələbə ilə əlaqədar mərclərin məzənnəsini dərc edib.

Frame.az xəbər verir ki, əvvəlki üç mərhələdə olduğu kimi, Lyuis Hemilton favorit hesab edilir. Lakin britaniyalı bu il hələ ki, heç bir yürüşdə qalib gəlməyib. Çin Qran-Prisinin qalibi Daniel Rikkardo ilə onun komanda yoldaşı Maks Ferstappenin qələbə şansları eynidir.

Lyuis Hemilton dünya çempionatının hesabında da favoritdir, lakin “Ferrari”nin lideri Sebastyan Fettelin qələbə şansı ondan cüzi azdır. Bukmekerlərin fikrincə, yerdə qalan yürüşçülərin perspektivləri iki liderlə müqayisədə böyük deyil.

Çin Qran-Prisindən sonra “Mersedes” Konstruktorlar Kubokuna başçılıq edib – Almaniyanın avtomobil konserninin komandası bukmekerlərin də favoritidir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!