Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda pilotların avtoqraf sessiyası keçirilib
İyunun 11-də Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda pilotların avtoqraf sessiyası keçirilib.
Frame.az xəbər verir ki, sessiya Dənizkənarı Milli Parkdakı fan-zonada təşkil olunub.
Sessiyada Formula 1 yarışında iştirak edən komandaların pilotları azarkeşlərlə görüşüb, onlara avtoqraf veriblər.