Site icon Frame.az

Formula 1 Azərbaycan Qran-Prisi: Mətbuat konfranslarının cədvəli

2022-ci ildə Formula 1 yürüş uik-endinin formatı dəyişdirilib: pilotların iştirakı ilə ənənəvi olaraq cümə axşamı keçirilən mətbuat konfranslarının vaxtı cümə günü səhərə təyin edilib. Bütün pilotlar dörd qrupa bölünüb, qrupların hər biri 30 dəqiqə jurnalistlərin suallarını cavablandıracaq.

Birinci qrupa Quanyuy Çjou (“Alfa Romeo”), Esteban Okon (“Alpine”), Kevin Maqnussen (“Haas”), Lando Norris (“McLaren”), Maks Ferstappen (“Red Bull”), ikinci qrupa Yuki Sunoda (“AlphaTauri”), Lens Stroll (“Aston Martin”), Daniel Rikkardo (“McLaren”), Serxio Peres (“Red Bull”), Aleks Elbon (“Williams”), üçüncü qrupa Valtteri Bottas (“Alfa Romeo”), Pyer Qasli (“AlphaTauri”), Karlos Sayns (“Ferrari”), Mik Şumaxer (“Haas”), Corc Rassel (“Mercedes”), dördüncü qrupa isə Fernando Alonso (“Alpine”), Sebastian Fettel (“Aston Martin”), Lyuis Hemilton (“Mercedes”), Şarl Lekler (“Ferrari”), Nikolas Latifi (“Williams”) daxildir.

Şənbə günü suallara komanda nümayəndələri cavab verəcək. Əvvəlcə Mattia Binotto (“Ferrari”), Günter Ştayner (“Haas”), Toto Volff (“Mercedes”) sualları cavablandıracaq, sonra onları Giyom Dezote (“AlphaTauri”), Tom Makkalou (“Aston Martin”), Mario İzola (“Pirelli”) əvəzləyəcək.

Təsnifat və bazar günü yürüşlərindən sonra günün ən yaxşı üçlüyü jurnalistlərin suallarını cavablandıracaq.

Exit mobile version