Baku City CircuitFormula 1Idman

Formula 1 Azərbaycan Qran-Prisi öncəsi Pit zolağında gəzinti təşkil olunub

Formula 1 Azərbaycan Qran-Prisi öncəsi aprelin 27-də Pit zolağında gəzinti olub.

Yarışın ən maraqlı hissələrindən sayılan Pit zolağı gəzintisi 2 saata yaxın davam edib. Burada F-1 azarkeşləri komandalar, onların qarajları ilə yaxından tanış olmaq, dünyaşöhrətli pilotlarla rəsm çəkdirmək imkanı əldə ediblər.

Pərəstiş etdikləri komandaların yarışa hazırlığı ilə yaxından tanış olan azarkeşlər qarajlarda yaradılmış şəraitlə də maraqlanıblar.

Böyük coşqu ilə keçən Pit zolağı gəzintisindən azarkeşlər xoş təəssüratlarla ayrılıblar.

Xatırladaq ki, yalnız üçgünlük bileti olan tamaşaçılar Pit zolağı gəzintisində iştirak ediblər.

Formula 1 Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!