Baku City CircuitFormula 1IdmanƏyləncə

Formula 1 Azərbaycan Qran-Prisi: Uşaqlar üçün xüsusi zona hazırlanıb

Formula 1 Azərbaycan Qran-Prisinin fanatları nəhayət ki, tribunalara qayıdır. Məşhur avtoidman yarışı pandemiya səbəbindən 2020-ci ildə təxirə salınıb, ötən il isə azarkeşlərin iştirakı olmadan baş tutmuşdu. Sürət azarkeşlərinin səbirsizliklə gözlədiyi Formula 1 Azərbaycan Qran-Prisinin həyəcanını bu il birbaşa tribunadan yaşamaq mümkün olacaq.

Frame.az xəbər verir ki, hər il olduğu kimi, bu il də bilet sahibləri Dənizkənarı Milli Park ərazisində əyləncə proqramlarına qatıla biləcəklər. Balaca azarkeşlər də darıxmayacaq. Uşaqlar və yeniyetmələr üçün xüsusi ayrılmış “Game Park” onların ürəyincə olacaq. “Game Park”da ekstremal əyləncələr olacaq.

Zonada “Upside down”, “Climbing wall”, “Helmet bouncy castle”, “Trampoline”, “Have a ride” və “Roll it” əyləncə proqramları təqdim olunacaq.

Qeyd edək ki, iyunun 10-12-də keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi üçün hazırlıqlar plana uyğun davam edir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!