Baku City CircuitFormula 1IdmanTəqdimat

Formula 1 Azərbaycan Qran-Prisində 1400 marşal iştirak edəcək

Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq işləri çərçivəsində “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin nəzdində Bakı Marşal Klubu marşallar və şirkətin əməkdaşları üçün genişmiqyaslı təlim keçirilib.

Təlimin keçirilməsində məqsəd yarışlar zamanı fövqəladə hal yarandıqda əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, yaranacaq təhlükəli halların qarşısının alınması və nəticələrin operativ şəkildə aradan qaldırılması üçün marşalların peşəkarlığının daha da artırılmasıdır.

Avropa Oyunları Parkında yerləşən Bakı Marşal Mərkəzində təşkil olunmuş təlim nəzəri və praktiki hissələrdən ibarət olub. Nəzəri hissədə Formula 1 Azərbaycan Qran-Prisinin idarə olunması prosesində əsas məqamlar, cari mövsümün strateji və texniki yenilikləri təlim iştirakçılarının diqqətinə çatdırılıb.

Praktiki hissədə təlim üçün salınmış xüsusi simulyasiya trekində marşallar texniki bacarıqlarını real olaraq tətbiq ediblər.

Sonda Azərbaycan Avtomobil Federasiyasının drift və volkikar yarış maşınlarından ibarət şou və mini yarış simulyasiyaları nümayiş etdirilib.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 10-12-də keçiriləcək. Yarış müddətində 1400 marşal iştirak edəcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!