Baku City CircuitEkologiyaFormula 1IdmanSağlamlıq

Formula 1 Azərbaycan Qran Prisində “Yaşıl post”a baxış keçirilib

Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman, İqtisadiyyat Nazirliklərinin rəsmiləri 2023 Formula 1 Azərbaycan Qran Prisində ekoloji dayanıqlılığı dəstəkləyən “Yaşıl post”u ziyarət ediblər.

Qeyd edək ki, Bakı Şəhər Halqasının 19.2 döngəsində olan “Yaşıl” marşallar ekoloji davamlılığı təmsil edir. Onlar yarışın ətraf mühitə təsirini minimuma endirməyə yönəlmiş təşəbbüslərlə çıxış edirlər. Bundan başqa, postda ekoloji cəhətdən təmiz ləvazimatlardan istifadə olunur və marşallar təkrar emal oluna bilən materialdan hazırlanmış kombinezonlar geyinirlər.

Görüşdə marşalların fəaliyyəti və “Yaşıl post”u digərlərindən fəqləndirən xüsusiyyətlər barədə ziyarətçilərə məlumat verilib. Marşallar eyni zamanda Azərbaycan Qran Prisində marşal təcrübəsi barədə fikirlərini bölüşüblər.

Sonda marşalların təşəbbüsü yüksək qiymətləndirilib və onlara fəaliyyətlərində uğurlar arzu edilib.

Xatırladaq ki, Bakı Şəhər Halqası Formula 1 Azərbaycan Qran-Prisinin təşkilatçısı olaraq, Formula 1-in qlobal dayanıqlı inkişaf strategiyası çərçivəsində 2030-cu ilə kimi karbon tullantılarının sıfıra endirilməsi təşəbbüsünə qoşulub. Şirkətin əsas məqsədi ətraf mühitin qorunması və ekoloji təmizliyin təşviqi və buna yönəlmiş tədbirlərin həyata keçirilməsidir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!