Site icon Frame.az

Formula 1: Bakı şəhər halqası yoxlanış üçün Beynəlxalq Avtomobil Federasiyasına təhvil verilib

Formula 1 Azərbaycan Qran-Prisinə sayılı günlər qalıb.

Bu gün yarış treki Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti tərəfindən yoxlanış üçün Beynəlxalq Avtomobil Federasiyasına (FIA) təhvil verilib.

Ən son texniki-təhlükəsizlik standartlarına uyğun olaraq yoxlanışdan sonra trekin FIA tərəfindən yürüş üçün tam hazır olması açıqlanacaq.

Formula 1 Azərbaycan Qran-Prisi iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək.

Exit mobile version