Baku City CircuitFormula 1IdmanƏn Son

Formula 1 ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Aprelin 22-dən Formula 1 Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqası kimi tanınan əraziyə kəsişən, bitişən küçə və prospektlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdirilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, Bakı Şəhər Halqası kimi tanınan ərazi üzrə – “Azneft” meydanı istiqamətində – Bayıl qəsəbəsindən 20-ci sahə, Mikayıl Hüseynov küçəsi vasitəsilə Teymur Elçin, Lermontov, Mehdi Hüseyn və digər ərazilər müəyyənləşdirilib. Həmin istiqamətdən, yəni, cənub tərəfdən hava limanı istiqamətində hərəkət edənlər isə Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Lökbatan dairəsindən 3-cü kənar dairəvi yolla Yasamal rayonu ərazisindən keçməklə hərəkət edə bilərlər.

Eyni zamanda, Cavanşir körpüsü ilə Üzeyir Hacıbəyov küçəsi istiqamətində – Yusif Səfərov Afiyəddin Cəlilov küçəsinin kəsişməsindən, həmçinin Yusif Səfərov-28 May küçəsi kəsişməsindən yalnız 28 May istiqamətinə müəyyənləşdirilib. Səməd Vurğun-Füzuli küçələrinin kəsişməsindən Üzeyir Hacıbəyov küçəsinin kəsişməsi istiqamətində olan hissə isə iki istiqamətli müəyyənləşdirilib. Axundov adına park və onun ətrafı, xüsusilə də Əhməd Cavad küçəsi hərəkətin əksinə müəyyənləşdirilib. Yəni, sürücülər Axundov adına park və onun ətrafındakı yollardan keçərək İstiqlaliyyət küçəsinə tam rahat və sərbəst çıxmaqla “Beşmərtəbə” kimi tanınan ərazi istiqamətində hərəkət edə bilərlər.

İstiqlaliyyət və Bünyat Səfərov küçələri istiqamətində, Şeyx Şamil küçəsi istiqamətində, Dənizkənarı Milli Park boyunca, Neftçilər, Bülbül prospektləri, Azadlıq meydanı, Puşkin, Xaqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi küçələri, eləcə də həmin küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilib.

Qeyd edilən istiqamətlər üzrə avtomobillərin hərəkəti əsasən Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü kənar dairəvi yolla Yasamal rayon ərazisindən keçərək müvafiq istiqamət üzrə, 20-ci sahə və ona yaxın ərazilərdən isə Badamdar şosesi vasitəsilə tənzimlənir.

Nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün sürücülərdən xahiş olunur ki, alternativ variant olaraq Afiyəddin Cəlilov-Yusif Səfərov, Yusif Səfərov-28 May küçələri kəsişməsindən Bakıxanov, Nəriman Nərimanov, İnşaatçılar, Hüseyn Cavid, Parlament, Mətbuat, Ziya Bünyadov, Mikayıl Müşfiq küçə və prospektləri vasitəsilə hərəkətə üstünlük versinlər.

Eyni zamanda, Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması, habelə nəqliyyat vasitələrinin və piyadaların şəhər daxilində rahat, fasiləsiz hərəkətinin təşkili məqsədilə respublikanın digər şəhər və rayonlarından paytaxta gəlmək istəyən vətəndaşlara aprelin 18-dən 30-dək olan müddətdə ictimai nəqliyyat vasitələrindən, marşrut avtobuslarından istifadə etmək tövsiyə olunur.

V.Əsədov bildirib ki, yarışın keçirilməsi ilə bağlı Bakı Şəhər Halqası kimi tanınan ərazidə yol nişanları qoyulub. Sürücülər bu nişanların tələblərinə uyğun hərəkət etməlidirlər. Sürücülər alternativ yollardan istifadə etməyi unutmasınlar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!