Baku City CircuitFormula 1IdmanTəqdimat

Formula 1 İtaliya Qran-Prisi ərəfəsində hərbi təyyarələrin nümunəvi uçuşuna hazırlıqla bağlı məşq təşkil ediləcək

Bu ildən Formula 1 üzrə dünya çempionatının bəzi mərhələlərinin açılış mərasimlərində hərbi təyyarələrin nümunəvi uçuşu qadağan edilsə də, Emiliya-Romanya Qran-Prisi ərəfəsində aviaşou keçiriləcək.

Aprelin 7-də İtaliya Hərbi Hava Qüvvələrinin komandası hərbi təyyarələrin nümunəvi uçuşuna hazırlıq çərçivəsində məşq keçirəcək. Belə ki, təxminən 14-16 saat “Aermacchi MB-339” təyyarəsi yenidən şəhər üzərində uçacaq.

Qeyd edək ki, dünya çempionatının bəzi mərhələlərinin açılış mərasimlərində (İtaliya və Böyük Britaniyada baş tutan mərhələlər istisna edilməklə) aviaşounun qadağan edilməsinə səbəb Formula 1 proqramı çərçivəsində karbon emissiyalarının 2030-cu ilədək azaldılması istəyidir. Hərbi təyyarələrin uçuşları adətən, Monzada, Silverstoun və digər Qran-prilərin açılış mərasimlərində keçirilirdi.

Qadağanın digər səbəbi də Formula 1 rəhbərliyinin belə şouların hərbi nümayiş kimi qəbul oluna biləcəyindən və ya ölkələrə hərbi qüdrətlərini nümayiş etdirmək üçün platforma təqdim olunması kimi qələmə verilməsindən ehtiyatlanmasıdır.

Təşkilatçılara köhnə təyyarələr və ya kommersiya təyinatlı laynerlərlə parad keçirməyə icazə verilib. Belə ki, aviaşirkətlərdən ekoloji cəhətdən təmiz yanacaqdan istifadə tələb olunur.

Qeyd edək ki, ötən il Bəhreyn Qran-Prisi başlamazdan əvvəl “Gulf Airlines” şirkəti ikinci nəsil bioyanacaqla təchiz edilmiş “Boeing 787-9 Dreamliner” təyyarəsinin uçuşunu təşkil etmişdi.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!