Formula 1: “Mercedes” komandası yeni pilotla müqavilə imzalayıb

“Mercedes” komandası yeni pilotla müqavilə imzalayıb.

Frame.az xəbər verir ki, Almaniya komandası belçikalı Stoffel Vandornu ehtiyat pilot kimi heyətinə qatıb.

Formula E yarışlarında da çıxış edən pilot deyib: “Formula 1-də mübarizə aparan “Mercedes” komandasına qoşulduğum üçün çox xoşbəxtəm. Məni gərgin il gözləyir. Formula E etapları ilə üst-üstə düşməyən Formula 1 Qran-prilərində iştirak edəcəyəm. Gərgin iş qrafikimin olmasına baxmayaraq, bu məni ancaq sevindirir”.

Qeyd edək ki, “Mercedes” 2014-cü il mövsümündən etibarən Formula 1-də liderlik edir. Komanda son 6 mövsümdə 6 dəfə Konstruktorlar Kubokunu qazanıb. “Mercedes” pilotları da 6 dəfə dünya çempionatının qalibi olublar. Luis Hamilton titulların beşini qazanıb. Niko Rosberq isə bir dəfə dünya çempionluğunu əldə edib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: