Site icon Frame.az

Formula 1 Səudiyyə Ərəbistanı Qran-Prisinin trası təqdim ediləcək

2021-ci ildə Formula 1-də debüt edəcək Səudiyyə Ərəbistanı Qran-Prisinin trası təqdim ediləcək.

Təqdimat martın 18-nə təyin olunub. Səudiyyə Ərəbistanı İdman Nazirliyi təqdimatda Ciddədəki marşrut sxeminin təqdim ediləcəyini və Qran-Prinin yeri ilə bağlı digər detalların açıqlanacağını bildirib.

Səudiyyə Ərəbistanı Qran-Prisi azı on il keçiriləcək. Ciddədəki yarış dekabrın 5-də baş tutacaq.

Exit mobile version