Site icon Frame.az

Formula 1 “Twitter”də yeni layihəyə başlayacaq

Formula 1-də yeni layihəyə başlanılması bildirilib. Bu layihə çempionatı azarkeşlərə daha da yaxınlaşdıracaq.

Frame.az xəbər verir ki, İspaniya Qran-Prisindən başlayaraq, çempionatın rəsmi “Twitter” hesabında yürüşdən sonra “F1 Live Show” proqramı yayımlanacaq. Uill Bakston dünyanın tanınmış avtoidman ulduzları, o cümlədən 2016-cı ilin dünya çempionu Niko Rosberqlə yanaşı, proqramın aparıcısı olacaq.

Canlı yayımlanacaq şou mükafatlandırılma mərasimindən dərhal sonra başlayacaq. Proqramda yürüşçülər, mühəndislər və komanda rəhbərləri ilə aparılan müsahibələrdə yarışın əsas hadisələri təhlil olunacaq və azarkeşlərin iştirakı ilə müzakirələr aparılacaq. “F1 Live Show” ilə yanaşı, Qran-Prinin əsas məqamlarının qısa xülasəsi dərc olunacaq.

Niko Rosberq deyib: “Formula 1-də hazırkı və gələcək azarkeşlərlə ünsiyyət qurmaq üçün başlıca kanal kimi yeni rəqəmsal istiqaməti görmək çox xoşdur. Bu proqrama qoşulmağım barədə təklif alanda çox şadam oldum. Formula 1-dən çox xoşum gəlir, hesab edirəm ki, rəqəmsal platformalar vasitəsilə çempionatın populyarlığını daha da genişləndirəcəyik. “Twitter”də “F1 Live Show” layihəsi bu istiqamətdə atılan mühüm addımdır”.

Exit mobile version