Baku City CircuitFormula 1Idman

Formula 1 üzrə ikiqat dünya çempionu Fernando Alonso “Aston Martin” ilə uzunmüddətli müqavilə imzalayıb

Formula 1 üzrə ikiqat dünya çempionu Fernando Alonso “Aston Martin” komandası ilə uzunmüddətli müqavilə imzalayıb.

2021-ci ildə Formula 1-ə qayıdan ispaniyalı pilot hazırda “Alpine” komandasında çıxış edir. Onun Fransa təmsilçisi ilə müqaviləni yeniləyəcəyi gözlənilirdi.

“Aston Martin”in rəhbəri Lourens Stroll keçidi şərh edərkən deyib: “Uzun illərdir Fernandonu tanıyıram və ona heyranam. Mən ən yaxşı insanları bir araya gətirmək, resursları cəlb etmək və bu yüksək rəqabətli idman növündə uğur qazanmaq üçün peşəkar heyət yaratmaq istəyirdim və indi o planlar formalaşır”.

İspaniyalı sürücü yeni komandasına növbəti mövsüm qoşulacaq.

“Alpine” komandasında çıxış edən F.Alonso pilotların sıralamasında 41 xalla 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, ispaniyalı pilot 2016-cı ildə ilk dəfə Bakı şəhər halqasında təşkil olunan Avropa Qran-Prisinin səfiri olub.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!