Baku City CircuitFormula 1Idman

Formula 1 üzrə dünya çempionu Maks Ferstappen onlayn “24 saatlıq Le-Man” yürüşündə iştirak edəcək

Formula 1 üzrə dünya çempionu Maks Ferstappen onlayn “24 saatlıq Le-Man” yürüşündə iştirak edəcək.

Yarış yanvarın 15-16-da “rFactor2” platforması üzərində keçiriləcək.

Dünya çempionu “Team Redline” komandasının heyətində LMP kateqoriyasında mübarizə aparacaq. M.Ferstappen ilə yanaşı, komandada “IndyCar” pilotu Feliks Rozenkvist, sim-reysinqlər Maksimiliano Beneke və Attse Kerhof çıxış edəcəklər.

Onlayn yarışda digər tanınmış pilotlar Aleks Palou (IndyCar), Felipe Druqoviç, Serxio Setta Kamara (Formula 2), Beytske Visser (W Series) və sabiq Formula 1 sürücüsü Xuan-Pablo Montoyya mübarizə aparacaqlar.

Yarış yutub vasitəsilə canlı yayımlanacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!