Baku City CircuitFormula 1Idman

Formula 1 yürüşlərinin ikiqat çempionu Fernando Alonso Mərakeş rallisində çıxış edəcək

Formula 1 yürüşlərinin ikiqat çempionu, WEC çempionu, “24 saat Le-Man” yarışının ikiqat qalibi Fernando Alonso ralli reydləri üzrə dünya kubokunun bir hissəsi hesab olunan Mərakeş rallisində iştirak edəcək.

Frame.az xəbər verir ki, Alonso ralli-marafonun iştirakçılar siyahısına rəsmi şəkildə daxil edilib.

Fernando Alonsonun şturmanı ispaniyalı Mark Koma olacaq. Alonso “Toyota”nı idarə edəcək. Bu, Alonsonun 2020-ci ildə iştirakını planlaşdırdığı “Dakar” yürüşündən əvvəl əsas məşq hesab edilir.

“Dakar-2020” 2020-ci il yanvarın 5-dən 17-dək Səudiyyə Ərəbistanında təşkil olunacaq.

Mərakeş marafonu bu il oktyabrın 3-dən 9-dək keçiriləcək. Marşrutun uzunluğu 2500 kilometrə bərabərdir.

Mərakeş rallisinin hazırkı qalibi bu ralli-reydi ardıcıl 5 il qazanan Hasser Əl-Attiyadır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!